SON XƏBƏRLƏR

Netanyahunun sözçüsü: Lazım gələrsə, ABŞ-ın icazəsi olmadan İrana qarşı addım atacağıq

2025.01.31, 11:04
Netanyahunun sözçüsü: Lazım gələrsə, ABŞ-ın icazəsi olmadan İrana qarşı addım atacağıq

İsrailin baş naziri Benyamin Netanyahunun sözçüsü İsrailin İran rejiminin təsir oxunu yaxından izlədiyini vurğulayaraq, “Gözümüz hər zaman bu mövzudadır” deyib.

Gunaz.tv

“Jerusalem Post” qəzetinə danışan Ömər Dostri Trampın ikinci dövründə birincisi ilə müqayisədə heç bir dəyişiklik görmədiyini bildirib.

"Trampın bəyanatları İsrailə güclü dəstəyi nümayiş etdirməkdə davam edir. Onun hökumətində çox israilyönlü və bizim maraqlarımıza “açıq” olan çoxlu adamlar var." - deyə Dostri bildirib.

İsrail baş nazirinin sözçüsü əlavə təfərrüat verməkdən imtina edib, lakin Netanyahu və Trampın İranla bağlı ortaq fikrə malik olduğunu vurğulayıb.

Qeyd edək ki, gələn həftə Benyamin Netanyahunun Ağ Evdə Donald Trampla görüşü planlaşdırılır. Həmas tərəfindən saxlanılan girovlarla bağlı razılaşmadan əlavə, İran hökumətinin təhdidlərinə qarşı durmağın da danışıqların əsas istiqamətlərindən biri olacağı gözlənilir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar