SON XƏBƏRLƏR

İran Ordusunun Baş Qərargah rəisi: İran ordusu istənilən təhlükəyə qarşı hazırdır

2025.01.31, 12:38
İran Ordusunun Baş Qərargah rəisi: İran ordusu istənilən təhlükəyə qarşı hazırdır

İran Ordusunun Baş Qərargah rəisi və koordinasiya işləri üzrə komandir müavini kontr-admiral Həbibullah Səyyari ölkənin ordu qüvvələrinin bütün gücü ilə istənilən təhlükəyə qarşı durmağa hazır olduğunu bildirib.

Gunaz.tv

Səyyari ölkənin Ordu Qüvvələrinin hər yerdən gələn istənilən təhlükəyə cavab verməyə hazır olduğunu vurğulayıb və əlavə edib: İran İslam Respublikası regional güc olaraq aparıcı və təsirli rol oynayır və regionda baş verən bütün proseslərdə təsirli ola bilər.

Qeyd edək ki, onun bu bəyanatı İsrail və Amerikanın İranın nüvə obyektlərinə qarşı mümkün hava zərbələri endirilməsinə dair fikirlərin səsləndirilməsi fonunda səsləndirilib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar