SON XƏBƏRLƏR

Beynəlxalq təşkilat həbsdə olan azərbaycanlı vəkillə bağlı bəyanat yaydı

2025.02.01, 10:36
Beynəlxalq təşkilat həbsdə olan azərbaycanlı vəkillə bağlı bəyanat yaydı

"Ön Xətt müdafiəçiləri" bəyanat yayaraq Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil və insan haqları müdafiəçisi Məhəmməd Rza Fəqihinin azadlığa buraxılmasını tələb ediblər.

Gunaz.tv

Bu barədə beynəlxalq təşkilatın media hesaında məlumat yayılıb.

Bəyanatda Fəqihiyə qarşı irəli sürülən ittihamlarıın əsassız olduğu bildirilib və vəkilin İran Məhkəmə Sistemnin qəzəbinə tuş gələrək özbaşına saxlanıldığı qeyd olunub.

Beynəlxalq təşkilat İran hakimiyyətini Məhəmməd Rza Fəqihini dərhal azad və onun məhkumluğunu ləğv etməyə çağırıb.

Qərargahı İrlandiyanın Dublin şəhərində yerləşən Ön Xətt müdafiəçilərinin bəyanatında bildirilib ki, Fəqihi dinc insan haqları fəaliyyətinə, o cümlədən siyasi məhbusları müdafiə etdiyinə görə İranın məhkəmə sistemi tərəfindən hədəfə alınıb.

Qeyd edək ki, Güney Azərbaycanın Ərdəbil şəhərindən olan vəkil və insan haqları müdafiəçisi Məhəmmədrza Fəqihi 5 illik həbs cəzasını çəkmək üçün yanvarın 21-də Tehranın Evin həbsxanasına köçürülüb.

O, "ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq məqsədilə toplaşmaq və əlbir olmaq"da günahlandırılıb.

Məhəmmədrza Fəqihinin həbs cəzası ilə yanaşı, həbsdən çıxdıqdan sonra 2 il müddətinə vəkillik fəaliyyətinə, ölkədən çıxışına, siyasi təşkilat və qruplara üzv olmasına qadağa qoyulub.

Məhəmmədrza Fəqihi bundan öncə bir sıra milli fəalın, o cümlədən Abbas Lisaninin də müdafiəçisi kimi çıxış edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar