SON XƏBƏRLƏR

Arakçıdan Amerika açıqlaması: Bu ilk addım ola bilər…

2025.02.01, 11:07
Arakçıdan Amerika açıqlaması: Bu ilk addım ola bilər…

İran rəhbərliyi Amerika Prezidenti Donald Tramp administrasiyası ilə birbaşa danışıqlara başlamaq üçün heç bir səbəb görmür.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Arakçı deyib.

XİN başçısı bildirib ki, İranın dondurulmuş aktivlərinin blokdan çıxarılması Tehran və Vaşinqton arasında etimadın bərpası üçün ilk addım ola bilər:

"Bunun baş verməsi üçün səbəb olmalıdır. Hazırda mən bunun üçün heç bir səbəb görmürəm. Amma təbii ki, onların hansı siyasət yürüdəcəklərini, dialoq üçün zəmin olub-olmayacağını görmək lazımdır".

Arakçı xatırladıb ki, əvvəllər ABŞ ilə birbaşa danışıqlar aparılıb:

"Bizim onlarla daimi təmaslarımız oldu, ABŞ rəhbərliyi razılaşmadan çəkilməyə qərar verdi və məndə etibar azalıb. Mən demirəm ki, inamı bərpa etmək mümkün deyil, amma çətindir. Biz inamsızlıq içindəyik."

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar