SON XƏBƏRLƏR

Xarkov və Poltavaya hücum: ölənlər var

2025.02.01, 11:40
Xarkov və Poltavaya hücum: ölənlər var

Rusiya ordusunun Ukraynanın Poltava şəhərində yaşayış binasına raket zərbələri nəticəsində 2 dinc sakin ölüb, 7 nəfər isə yaralanıb.

Gunaz.tv

GünazTV APA-ya istinadən xəbər verir ki, “insider.ua” yaralıların arasında bir azyaşlı uşağın da olduğu barədə yazıb.

Əraziyə xilasedicilər və tibbi briqadalar cəlb edilib.

Aviareyd nəticəsində binanın bir girişi çöküb, həmçinin yaxınlıqdakı avtomobillərdə yanğın başlayıb.

Xarkov da hava zərbələrinə məruz qalıb. Mer İqor Terexovun sözlərinə görə, raketlərdən biri yaşayış binasının yaxınlığına düşüb. Bundan sonra ərazidə yanğın başlayıb.

İ.Terexov ilkin məlumata görə, bir nəfərin yaralandığını da açıqlayıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar