SON XƏBƏRLƏR

Türkiyə 40 ədəd "Eurofighter Typhoon" almaq üçün danışıqlar aparır

2025.02.01, 11:51
Türkiyə 40 ədəd "Eurofighter Typhoon" almaq üçün danışıqlar aparır

Ankara 40 ədəd Tayfun almaq üçün İngiltərə və İspaniya ilə danışıqlar aparır.

Gunaz.tv

Türkiyə hərbi hava qüvvələrinin imkanlarını gücləndirmək səyləri çərçivəsində "Eurofighter Typhoon" döyüş təyyarələrinin alınması üçün təkliflər gözləyir. Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmilərinə görə, ölkə müdafiə ehtiyaclarını milli Kaan döyüş təyyarəsi, Hürcet təyyarəsi, Kızıl Alma pilotsuz təyyarəsi və Anka 3 gizli pilotsuz uçan aparatı kimi yerli sistemlər vasitəsilə qarşılamağa üstünlük versə də F-16 və "Eurofighter Typhoon" kimi təyyarələrdən də yararlanmağa davam etmək fikrindədir.

40 ədəd "Eurofighter Typhoon" təyyarəsinin alınması üçün tələblərin müəyyənləşdirilməsi sənədi Böyük Britaniyanın Müdafiə Nazirliyinə və müvafiq şirkətlərə göndərilib. Yaxın günlərdə qiymət təklifinin alınacağı gözlənilir. Bu arada F-16-ların alınması ilə bağlı texniki danışıqlar müsbət gedir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar