SON XƏBƏRLƏR

Makron İrandan fransalı məhbusların sərbəst buraxmağı tələb etdi

2025.02.01, 13:00
Makron İrandan fransalı məhbusların sərbəst buraxmağı tələb etdi

Fransa Prezidenti Emmanuel Makron İran hökumətindən bu ölkədə saxlanılan Fransa vətəndaşlarını sərbəst buraxmağı tələb edib.

Gunaz.tv

O, bu barədə özünün X hesaında yazıb.

Makron, iki fransalının 1000 gün, 1 fransalının isə 842 gündür İranda həbsdə olduqlarına diqqət çəkərək, həmin məhbusların ailələri ilə görüşəcəyini də bildirib.

Fransa Prezidenti 3 fransalının İranda həbs edilməsini qəbuledilməz və özbaşına hərəkət adlandırıb.

Qeyd edək ki, fransalı həmkarlar ittifaqı fəalı Sesil Kohler və əri Jak Perri 2022-ci ilin mayında həbs olunduqdan sonra İran Kəşfiyyat Nazirliyinin nəzarəti altında Evin zindanının 209-cu palatasında köçürülüblər.

Cütlüyü bir sıra işçi fəalları və müəllimlərlə görüşdükdən sonra həbs edən İranın təhlükəsizlik qüvvələri onları “casusluq”da ittiham edib.

Bununla yanaşı 32 yaşlı Oliviye Qrandon adlı başqa bir fransalı da 2022-ci ilin oktyabrından bəri İranda həbsdədir.

Qərb siyasətçilərinin fikrincə İran hökuməti xarici, xüsusən Qərb ölkələrinin vətəndaşlarını casusluq ittihamı ilə həbs edərək siyasi danışıqlarda tələblərini əldə etmək üçün onlardan girov kimi istifadə edir.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar