SON XƏBƏRLƏR

SEPAH-a qarşı əməliyyatları gücləndirməyə çağıran general ordunun qərargah rəisi oldu

2025.02.03, 10:19
SEPAH-a qarşı əməliyyatları gücləndirməyə çağıran general ordunun qərargah rəisi oldu

İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz general-mayor Eyal Zamiri ordunun Baş Qərargahının növbəti rəisi təyin etmək barədə razılığa gəliblər.

Gunaz.tv

Zamirin gələn ay vəzifəsinin icrasına başlayacağı bildirilir.

Əsas namizədlərdən biri olan Zamir gələn ay Baş Qərargah rəisi Herzi Halevinin istefasının qüvvəyə minməsindən dərhal sonra vəzifəyə başlayacaq.

2022-ci ilin yayında Vaşinqton İnstitutu tərəfindən nəşr olunan "İranın regional strategiyasına qarşı mübarizə" adlı 74 səhifəlik hesabatda Zamir İranın hərbi hakimiyyət orqanlarının, o cümlədən SEPAH komandirlərinin hədəfə alınmasını artırmağa çağırıb.

Əvvəllər Vaşinqton İnstitutunda hərbi ekspert kimi çalışmış Zamir, təhlilində SEPAH komandirlərinin hədəfə alınmasının artırılması və bu hərbi təşkilatın İran daxilində pilotsuz təyyarələri və raketlərinin məhv edilməsi üçün gizli əməliyyatların aparılmasının vacibliyini vurğulayıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar