SON XƏBƏRLƏR

“Qarabağ” mahnısını yayan erməni azad edildi

2025.02.03, 11:36
“Qarabağ” mahnısını yayan erməni azad edildi

Xəbər verdiyimiz kimi İrəvanın mərkəzindəki Respublika meydanında Güney azərbaycanlılar tərəfindən ifa edilən “Qarabağ” mahnısının videosunu yayan şəxs İstintaq Komitəsinin vəsatəti ilə həbs edilmişdir.

Gunaz.tv

Videonu yayan Müstəqil Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qərib Babayan-yə qarşı nifrət, ayrı-seçkilik, dözümsüzlük və düşmənçiliyin qızışdırılması ittihamı irəli sürülüb.

Bildirilib ki, 30 yanvar 2024-cü ildə İran vətəndaşları tərəfindən Respublika meydanında oxunan mahnını çəkərək, onun mahiyyətini təhrif edən təqdimatla yayan Qərib Babayan bununla Ermənistan hakimiyyətinə və polis əməkdaşlarına qarşı nifrət, dözümsüzlük və düşmənçiliyin qızışdırılmasına yönəlmiş cinayətlər törədib.

GünazTV Axar.az-a istinadən xəbər verir ki, məhkəmə istintaqın həbs vəsatətini rədd edib və saxlanılan Qərib Babayan azadlığa buxarılıb. Ona qarşı yalnız "ictimai çıxış hüququnun məhdudlaşdırılması" tədbiri seçilib.

Qeyd edək ki, İrəvanın mərkəzi meydanında 30 yanvar 2024-cü ildə Güney azərbaycanlıların oxuduğu “Qarabağ” mahnısını çəkib yaydığına görə saxlanılan Qərib Babayana görə ermənilər Şimal-Cənub magistral yolunu bağladılar.

Bildirilib ki, məhkəmə prosesi zamanı vətəndaşlar və müxalifətçi deputatlar aksiya keçiriblər. Arxiyepiskop Baqrat Qalstanyan aksiyaçılar arasında olub. Qəzəblənən vətəndaşlar səs siqnalları ilə narazılıqlarını bildiriblər.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar