SON XƏBƏRLƏR

Ukrayna 70 PUA ilə Rusiyaya hücum etdi

2025.02.03, 12:03
Ukrayna 70 PUA ilə Rusiyaya hücum etdi

Rusiyanın Volqoqrad vilayətindəki neft emalı zavoduna PUA hücumu edilib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rostovda 27, Volqoqradda 25, Həştərxanda 7, Voronejdə 5, Belqorodda 4, Kursk vilayəti üzərində isə 2 ədəd PUA vurulub. Eyni zamanda Rusiyanın Volqoqrad vilayətindəki neft emalı zavoduna da PUA hücumu edilib. Bu barədə Volqoqrad vilayətinin rəhbəri Andrey Boçkarev məlumat yayıb.

“PUA-ların böyük qismi zərərsizləşdirilib. Xəsarət alan yoxdur. PUA-ların qalıqlarının düşməsi nəticəsində neft emalı zavodunun ərazisində yanğın baş verib”, - Boçkarev bildirib.

 

 

Ş.E

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar