SON XƏBƏRLƏR

Ali Radanın komitə sədri: Ukraynasız heç bir danışıq olmayacaq

2025.02.03, 13:15
Ali Radanın komitə sədri: Ukraynasız heç bir danışıq olmayacaq

Dəfələrlə müxtəlif səviyyələrdə - həm prezident, həm də parlament səviyyəsində bəyan edilib ki, Ukrayna ilə bağlı danışıqlar bizim iştirakımız olmadan aparıla bilməz.

Gunaz.tv

GünazTV xəbər verir ki, bunu "Report"un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Ali Radasının Müdafiə və təhlükəsizlik komitəsinin sədri Fedor Venislavski müharibənin bitməsi ilə bağlı gedən xəbərlərə münasibət bildirərkən deyib.

"Tramp və Putin arasında Ukraynanın taleyi ilə bağlı razılaşmanın olacağını gözləmirik. Burada söhbət mövcud olan beynəlxalq normalardan gedir. Həmin normalar Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini zəmanətə alır. Bu, BMT-nin statusudur. Hərçənd biz görürük ki Rusiya bütün beynəlxalq hüquq normalarına məhəl qoymur. Budapeşt memorandumunda verilən təhlükəsizlik zəmanəti pozulub.

Hesab edirəm ki, Ukrayna heç kimə öz maraqlarının pozulmasına imkan verməyəcək", - komitə sədri bildirib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar