SON XƏBƏRLƏR

Avropa liderləri Avropa İttifaqının müdafiəsini gücləndirməyi nəzərdən keçirəcəklər

2025.02.03, 14:09
Avropa liderləri Avropa İttifaqının müdafiəsini gücləndirməyi nəzərdən keçirəcəklər

Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları bazar ertəsi Brüsseldə keçiriləcək qeyri-rəsmi sammitdə Avropanın müdafiəsini gücləndirməyi müzakirə edəcəklər.

Gunaz.tv

GünazTV Trend.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Antoniu Koşta Aİ-yə üzv ölkələrin liderlərinə görüşə dəvət məktubunda yazıb.

"Bu görüşün məqsədi qəbul etməli olacağımız qərarlar üçün zəmin hazırlamaq və (Avropa) Komissiyasına və (Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə) Ali Nümayəndəyə birgə müdafiə təşəbbüslərini və onları inkişaf etdirmək üçün lazım olan resursları əhatə edən Avropa müdafiəsinin gələcəyinə dair “Ağ Kitab”ın hazırlanması prosesində tövsiyələr verməkdir", - deyə o bildirib.

O, həmçinin bu ilin iyununda Aİ-nin rəsmi sammitində müdafiə məsələlərinin müzakirə ediləcəyini bildirib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar