SON XƏBƏRLƏR

Putinin sözçüsü: Rusiya Tartus bazasının taleyi ilə bağlı Suriya ilə danışıqları davam etdirəcək

2025.02.03, 15:05
Putinin sözçüsü: Rusiya Tartus bazasının taleyi ilə bağlı Suriya ilə danışıqları davam etdirəcək

Rusiya Suriya ilə bir çox məsələlərlə yanaşı, Tartusdakı bazanın taleyi ilə bağlı danışıqları davam etdirəcək.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiya nümayəndə heyətinin bir müddət əvvəl Suriyanın yeni hakimiyyəti ilə təmaslar həyata keçirdiyini xatırladıb: "Nümayəndə heyətimiz bu yaxınlarda Şamda danışıqlar aparıb. Bütün məsələlər üzrə təmasların davam etdirilməsi razılaşdırılıb. Müzakirə ediləcək çoxlu məsələlər var. Biz bütün mövzular, o cümlədən Rusiyanın Tartusdakı bazasının taleyi haqqında dialoqu davam etdirəcəyik”.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar