SON XƏBƏRLƏR

Qarapapaq türklərinin İstanbulda toplantısı keçirilib

2025.02.04, 11:06
Qarapapaq türklərinin İstanbulda toplantısı keçirilib

İpək Yolu Vəqfi və Dünya Qarapapaq Türkləri Forumunun təşkilatçılığı ilə İstanbulda Qarapapaq Türkləri Kültür Toplantısı keçirilib.

Gunaz.tv

Tədbirdə Güney və Quzey Azərbaycandan və Gürcüstandan (Bolnisi) gələn sənətçilər musiqi və bədii tamaşalarla çıxış ediblər.

Dünya Qarapapaq Türkləri Forumunun rəhbəri Seyfullah Türksoy Anadolu agentliyinə müsahibəsində qarapapaqların türk dünyasında tutduğu mövqenin əhəmiyyətini vurğulayaraq, bu xalqın Türkiyə, Rusiya, Qafqaz, Gürcüstan, İran, və digər bölgələrə yayıldığını xaıtladıb. O, Bu toplantının əsas məqsədinin qarapapaqların mədəni kimliyini, adət-ənənələrini qoruyub saxlamaq və gücləndirmək olduğunu bildirib.

Dünya Qarapapaq Türkləri Forumunun başqanı Qarapapaq türklərinin Sulduz, Qaradağ, Urmu və Təbrizdə mövcudluğuna işarə edərək, bu bölgələr ilə sosial, mədəni və iqtisadi əlaqələrin inkişaf etdirilməsijnin önəmli olduğunu vurğulayıb.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar