SON XƏBƏRLƏR

Makron dövlət çevrilişi hazırlamaqda ittiham edilir

2025.02.04, 13:16
Makron dövlət çevrilişi hazırlamaqda ittiham edilir

Vətənpərvərlər partiyasının lideri Florian Filippot Fransa Prezidenti Emmanuel Makronu dövlət çevrilişi hazırlamaqda ittiham edib.

Gunaz.tv

GünazTV Teleqraf.com-a istinadən xəbər verir ki, partiya lideri bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

“Ferran 3-cü dəfə seçilməklə bağlı qadağanı ləğv etmək istəyir. Bu barədə çox tez-tez danışır. Onun təyinatı heç də təsadüfi deyil! Makron öz dövlət çevrilişini hazırlayır", - Filippot dövlət başçısını vəzifəsindən uzaqlaşdırmağa çağırıb.

Xatırladaq ki, Fransa Milli Assambleyasının sabiq sədri Rişar Ferran Konstitusiyaya dəyişiklik etmək təklifini irəli sürüb. Bu təklif prezidentə 3-cü mandatlığı verməyi nəzərdə tutur. Bu təklifi tənqid atəşinə tutan siyasətçilər Makronun 3-cü dəfə prezident olmaq istəyini dövlət çevrilişi kimi qiymətləndirir. 

 

 

Ş.E 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar