SON XƏBƏRLƏR

İran Hava Hücumundan Müdafiə qüvvələrinin təlimləri başlayıb

2025.02.04, 13:34
İran Hava Hücumundan Müdafiə qüvvələrinin təlimləri başlayıb

İran Silahlı Qüvvələri Hava Hücumundan Müdafiə (HHM) qüvvələri “Hava Hücumundan Müdafiənin gücü” çərçivəsində fevralın 4-də təlimlərin ikinci mərhələsinə başlayıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, İran ordusu və İnqilab Keşikçiləri Qvardiyası son illər birlikdə bir neçə hərbi təlim keçirib.

Məlumata görə, təlimlərin ikinci mərhələsinə İranın Birləşmiş Hava Hücumundan Müdafiə Şəbəkəsinin idarə etdiyi silahlı qüvvələrin müxtəlif raket, artilleriya, radar, elektron, kəşfiyyat və müşahidə sistemləri cəlb olunub.

İnformasiyaya əsasən, təlim İranın mərkəzi və cənub rayonlarında keçirilir. Təlimlərin “Ektedar” adlı birinci mərhələsi yanvarın 12-də keçirilib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar