SON XƏBƏRLƏR

Tramp Ukraynaya silah tədarükünü bərpa edib

2025.02.04, 14:15
Tramp Ukraynaya silah tədarükünü bərpa edib

ABŞ Ukraynaya silah tədarükünü yenidən bərpa edib.

Gunaz.tv

GünazTV "Azpolitika"-ya istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, Tramp administrasiyası Kiyevlə bağlı siyasətini müzakirə edərkən Ukraynaya silah tədarükünü qısa müddətə dayandırmışdı. Agentliyin mənbələrindən verilən məlumata görə, daşımalar ötən həftəsonu, yəni fevralın 1-2-də bərpa olunub.

İki mənbənin “Reuters” agentliyinə verdiyi məlumata görə, ABŞ-nin silah tədarükü Trampın Ukraynaya bütün yardımı kəsmək barədə ilkin planından imtina etməsindən sonra başlayıb.

Bununla yanaşı, qeyd olunur ki, ABŞ-nin Kiyevə silah yardımını davam etdirməsi ilə bağlı Tramp administrasiyasında hələ də fikir ayrılıqları qalır.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar