SON XƏBƏRLƏR

“Türkiyəyə söz vermişik” - Suriya prezidenti

2025.02.04, 14:58
“Türkiyəyə söz vermişik” - Suriya prezidenti

Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə səfər edəcək Suriya Prezidenti Əhməd Şara səfər öncəsi diqqətçəkən açıqlama verib.

Gunaz.tv

GünazTV “AzPolitika”-ya istinadən xəbər verir ki, Bəşər Əsədin devrilməsi ilə birlikdə hakimiyyətin başına keçən Əhməd Şara PKK məsələsində Türkiyəyə söz verdiklərini deyib.

“Biz Türkiyəyə söz vermişik ki, PKK Suriyada var ola bilməyəcək”, - deyə Şara bildirib.

Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun sözügedən səfərlə bağlı qedy edib ki, “Suriya azadlığını bərpa etdikdən sonra yenidən qurulan Türkiyə-Suriya münasibətləri, cənab Əhməd Şəra və nümayəndə heyətinin səfəri ilə güclənəcək”

Prezident Kompleksində keçiriləcək danışıqlarda Suriyadakı son hadisələrin bütün aspektləri ilə müzakirə ediləcəyini bildirən Altun bunları qeyd edib: “İqtisadi canlanma, davamlı sabitlik və davamlılıq üçün iki ölkənin atacağı ortaq addımlar Müzakirələrdə Suriyanın bərpasından sonra Türkiyə-Suriya əlaqələrinin yenidən qurulduğuna inanırıq Hörmətli Əhməd Şəra və heyətinin ziyarəti ilə azadlıq güclənəcək və ölçü qazanacaq”.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar