SON XƏBƏRLƏR

Tehranda bahalığa etiraz olaraq bazarlar bağlandı

2025.02.04, 16:29
Tehranda bahalığa etiraz olaraq bazarlar bağlandı

Tehranın Moləvi, Cənubi Xəyyam və Qiyam bazarlarının iri ərzaq distribütorları dükanlarını bağlayaraq yüksək qiymətlərə, dolların məzənnəsinin artmasına, inflyasiyaya və yüksək vergilərə görə etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Onlar bu barədə sosial media şəbəkəsində paylaşım ediblər.

Narazılar əllərində "qida məhsullarından əlavə dəyər vergisi ləğv edilməlidir" yazılmış plakatlar qaldırıblar.

Qeyd edək ki, son günlər İranda ərzaq qiymətləri artmaqda davam etdiyinə görə, yerli sosial platformalarıda geniş etiraz kampaniyası naşadılıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar