SON XƏBƏRLƏR

Siyasi məhbusların ailələri Tehranda etiraz aksiyası keçirdilər

2025.02.05, 10:53
Siyasi məhbusların ailələri Tehranda etiraz aksiyası keçirdilər

Tehranın Evin həbsxanasında saxlanılan siyasi məhbusların ailə üzvləri həbsxana qarşısına toplaşaraq edam hökmlərinin artmasına etiraz edib, bu cəza növünün tətbiqinin dayandırılmasını tələb ediblər.

Gunaz.tv

Bu barədə insan haları təşkilatları məlumat yayıb.

Üzərində "edama yox", "edam hökmlərinin icrasını dayandırın" şüarları yazılmış plakarlar qaldıran etirazçılar, insan haqları təşkilatlarından yardım istəyiblər.

Bu aksiya ilə eyni vaxtda İranın 30 həbsxanasında saxlanılan onlarla siyasi məhbus edam hökmlərinin dayandırılması tələbi ilə aclıq aksiyasına əl atıb.

Qeyd edək ki, İranın müxtəlif bölgələrində 54 nəfər siyasi və təhlükəsizlik ittihamlarına görə edama məhkum edilib.

Bununlayanaşı siyasi ittihamlara görə həbs edilən daha bir neçə nəfərin də barəsində edam hökmünün çıxarılacağı gözlənilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar