SON XƏBƏRLƏR

Böyük Britaniya XİN başçısı Ukraynada səfərdədir

2025.02.05, 13:38
Böyük Britaniya XİN başçısı Ukraynada səfərdədir

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Ukraynanın paytaxtı Kiyevə gəlib.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi xəbər verir.

O, Kiyevdə ölkə Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Səfər çərçivəsində D.Lemminin Ukraynaya əlavə 55 milyon funt-sterlinq (68,7 milyon dollar) məbləğində vəsaitin ayrılacağını elan edəcəyi gözlənilir.

Böyük Britaniya XİN-in məlumatına görə, vəsait Ukrayna taxılının Suriyaya tədarükünə, innovativ enerji layihələrinə, Ukraynada biznesin bərpasına yardıma, həmçinin sosial ödənişlərə yönəldiləcək.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar