SON XƏBƏRLƏR

Aİ-nin Rusiyaya qarşı 16-cı sanksiya paketi müzakirə ediləcək

2025.02.05, 13:51
Aİ-nin Rusiyaya qarşı 16-cı sanksiya paketi müzakirə ediləcək

Avropa İttifaqı (Aİ) ölkələrinin daimi nümayəndələr komitəsi fevralın 5-də Rusiyaya qarşı 16-cı sanksiya paketinə dair təkliflərin müzakirəsinə başlayacaq.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bu məsələ iclasın gündəliyinə salınıb.

Daimi nümayəndələr həm iqtisadi, həm də fərdi sanksiyaların tətbiqini müzakirə edəcəklər.

Bundan əlavə, "Belarusdakı vəziyyətlə əlaqədar məhdudlaşdırıcı tədbirlər" haqqında Aİ Şurasının qərarı və reqlamenti barədə fikir mübadiləsi aparılacaq.

Daha əvvəl Brüsseldə bildirilmişdi ki, Rusiyaya qarşı yeni sanksiya paketinin fevralın 24-də qəbul edilməsi gözlənilir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar