SON XƏBƏRLƏR

Trampın Ukrayna müharibəsini dayandırmaq planları bu konfransda açıqlanacaq

2025.02.06, 11:17
Trampın Ukrayna müharibəsini dayandırmaq planları bu konfransda açıqlanacaq

Amerika prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keth Kelloq Münhen Təhlükəsizlik Konfransında Donald Trampın Ukraynadakı müharibəni bitirmək planlarından danışacağını açıqlayıb.

Gunaz.tv

"Amerika prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi kimi Münhen Konfransında iştirak edəcəyimi elan etməkdən məmnunam. Donald Trampın Ukraynadakı qanlı və bahalı müharibəyə son qoymaq istəyindən danışmaq fürsətini səbirsizliklə gözləyirəm. Mən Amerika müttəfiqləri ilə görüşəcək və onlarla əməkdaşlığa hazır olduğumuzu bildirəcəyəm”, – Kelloq sosial şəbəkə X-də yazıb.

Musavat.com bildirir ki, Münhen Təhlükəsizlik Konfransı 14-16 fevral tarixlərində baş tutacaq.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar