Bu xəbər agentliyi tamamilə yalan xəbər dərc etməklə İran rəsmilərinin səhv idarəçiliyi əvəzinə Əhvazda su qıtlığı böhranı və Abadandakı xurma bağlarının məhv edilməsində Türkiyəni günahlandırıb.
Maraqlıdır ki, bu kimi xəbər agentlikləri Karun çayının suyunun İsfahana və Yəzdə köçürülməsinə və Əhvazda quraqlıq böhranına səbəb olan bölgədəki saysız-hesabsız qeyri-standart bəndlərə toxunmur.
Qeyd edək ki, əvvəllər əmək nazirinin müavini Əhməd Midəri neft layihələrinin daha ucuz başa çatdırılması üçün Əhvazın Hürr əl-Əzim gölünün qurutduqlarını etiraf etmişdi.
Xatırladaq ki, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının Dəniz Ətraf Mühit İdarəsinin rəis müavini Əhmədrza Lahicanzadə də bundan əvvəl etiraf etmişdi ki, “Hürr əl-Əzim Çin neft şirkətinin xeyrinə Ali Təhlükəsizlik Şurasının icazəsi ilə qurudulub”.
C