SON XƏBƏRLƏR

Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib

2025.02.06, 12:40
Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib

Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə "Report"-a məlumatlı mənbələrdən bildirilib.

Daha əvvəl analoji qərarın Amerikanın USAID agentliyi ilə bağlı verildiyini nəzərə alaraq (hətta Prezident Donald Trampın andiçmə mərasimindən və onun bu strukturu ləğv etmək barədə sonrakı qərarından əvvəl), bu addım müasir Azərbaycanın öz milli maraqlarını qorumaq istiqamətində ardıcıl kursu davam etdirdiyinin bir daha sübutudur və haradan qaynaqlanmasından asılı olmayaraq, kənar müdaxilələrə artıq dözmək niyyətində olmadığını göstərir.

Azərbaycan özü donora çevrilib və xüsusilə qeyri-şəffaf sxemlər əsasında və strukturu açıq şəkildə kəşfiyyat xarakterli olan təşkilatlar vasitəsilə verilən kənar yardıma ehtiyacı yoxdur.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar