SON XƏBƏRLƏR

İranın Ermənistandakı səfiri İrəvanda “Qarabağ” mahnısının oxunmasından narazıdır

2025.02.07, 11:16
İranın Ermənistandakı səfiri İrəvanda “Qarabağ” mahnısının oxunmasından narazıdır

İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sübhani Güney Azərbaycanlı gənclərin İrəvanda oxuduğu “Qarabağ” mahnısının videosunun İrəvanda yayımlanmasına sərt reaksiya verib və onu “önəmsiz və şübhəli” adlandırıb.

Gunaz.tv

İran İslam Respublikasının səfiri cümə axşamı Ermənistanda keçirdiyi mətbuat konfransında məsələyə münasibət bildirib:

"Bu insanlar nə İran millətini, nə də İran hökumətinin rəsmi mövqeyini təmsil etmirlər. Məqsədli edilən hərəkətlər erməni xalqında heç bir şübhə yaratmamalıdır. Bu adamlar nəinki İran millətini, heç İran azərilərini də təmsil etmirlər və yəqin ki, bu təxribaçılar Ermənistan xalqı arasında şübhə və anlaşılmazlıq yaratmağa çalışırlar." - deyə səfir iddia edib.

Qeyd edək ki, İran rejimi dini təhrik yolu ilə Güney Azərbaycan türkləri ilə Quzey Azərbaycan və Türkiyə türkləri arasında nifaq salmağa çalışır və bölgədə türkləri birləşdirmək və azərbaycanlıların kimliyini gücləndirmək yolunda baş verən hər hadisədən hiddətlənir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar