SON XƏBƏRLƏR

İran səfiri Zəngəzur dəhlizinə qarşı çıxdı

2025.02.07, 11:32
İran səfiri Zəngəzur dəhlizinə qarşı çıxdı

Dəhliz məntiqini ehtiva edən istənilən yol İran tərəfindən rədd edilir.

Gunaz.tv

GünazTV Axar.az-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.

Səfirin sözlərinə görə, İran Azərbaycan üçün Naxçıvana alternativ marşrut təklif edib: 

"Bu marşrut İranın ərazi bütövlüyü və suverenliyinə hörmət çərçivəsində həyata keçiriləcək. Əvvəlki yükdaşıma yolu kifayət qədər uzun idi, lakin indi Azərbaycan yük maşınları yolun böyük hissəsini öz ərazisindən, qalan hissəsini isə İrandan - Ermənistan sərhədi boyunca keçə biləcək. Yeni marşrutun uzunluğu 50 km təşkil edəcək, Azərbaycan yük maşınları üçün gömrük prosedurları da İran qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək."

 

 

Səfir açıqlaması zamanı İranın Zəngəzur dəhlizinin açılmasına qarşı olduğunu aydın şəkildə bəyan etdi:

“Belə bir dəhliz həm Ermənistan, həm də İran üçün zərərli olacaq. Nəqliyyat yollarının açılması məsələsinə gəldikdə isə Tehran yalnız ölkələrin ərazi bütövlüyü və suverenliyi qorunduğu təqdirdə buna qarşı deyil. Dəhliz məntiqini ehtiva edən istənilən yol İran tərəfindən rədd edilir.”

 

 

Ş.E

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar