SON XƏBƏRLƏR

SON DƏQİQƏ: Kurskda rus müdafiəsi yarıldı

2025.02.07, 13:03
SON DƏQİQƏ: Kurskda rus müdafiəsi yarıldı

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində mexanikləşdirilmiş piyada qoşunları batalyonu hücumların yeni dalğasına başlayıb. Ukrayna qoşunları Rusiya ordusunun müdafiəsinə yararaq, Suca şəhərinin cənub-şərqinə doğru irəliləyirlər.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

“Ukrayna qüvvələri Sudca-Oboyan magistral yolu boyunca Maxnovkanın cənub-qərbi və Konopelka qəsəbəsinin şimal və şərqində mövqelər tutaraq, Kolmakov və Fanaseyevkanı ələ keçiriblər”, - məlumatda deyilir.

Mənbə Ukrayna qüvvələrinin təxminən bir batalyon olduğunu və 5 km irəlilədiyini bildirir. İnstitut həmçinin Ukrayna Silahlı Qüvvələrinin 30-50 zirehli texnikadan istifadə edərək hücum etdiyini bildirən Rusiyanın hərbi kəşfiyyatçılarının məlumatlarına istinad edib.

Müharibə Araşdırmaları İnstitutu vurğulayır ki, Rusiya Ukrayna Silahlı Qüvvələrinin irəliləməsindən narahatdır: “Çünki bu vəziyyət Sucanın cənubundakı Rusiya ordusunun arxa cəbhəsinə təhlükə yarada və rusların Ukraynanın yerüstü rabitə xətlərini kəsmək imkanlarını çətinləşdirə bilər”.

Amerikalı analitiklər deyirlər ki, Ukrayna ordusunun Kursk vilayətində hücum əməliyyatları davam edir: “Bu, Ukrayna ilə sərhəddə yerləşdirilən Rusiya bölmələrinə əlavə təzyiq yaradır”.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar