SON XƏBƏRLƏR

Əli Xamenei: Amerika ilə danışığa getmək ağılı və şərəfli iş deyil

2025.02.07, 14:56
Əli Xamenei: Amerika ilə danışığa getmək ağılı və şərəfli iş deyil

İranın rəhbəri Əli Xamenei Amerika ilə danışığa getməyin ağılı və şərəfli iş olmadığını bildirib.

Gunaz.tv

İranın lideri Əli Xamenei cümə günü çıxışı zamanı deyib ki, Amerikaİranın təhlükəsizliyini pozarsa, o da öz növbəsində Amerikaya qarşı eyni şeyi edəcək.

“Əgər bizi hədələsələr, biz də onları təhdid edəcəyik. Əgər onlar bu təhlükəni həyata keçirsələr, biz də öz təhlükəmizi həyata keçirəcəyik. Əgər onlar bizim xalqımızın təhlükəsizliyini pozarlarsa, biz də şübhəsiz ki, onların təhlükəsizliyini pozacağıq”, - deyə Əli Xamenei bildirib.

İran diktatoru həmçinin deyib ki, təcrübə sübut edib ki, Amerika ilə danışıqlar “ağıllı, müdrik və şərəfli iş deyil”.

İranın liderinin Amerika ilə danışıqların şərəfli iş olmamasını iddia etməsinə baxmayaraq İran özü dəfələrlə Amerika ilə danışıqlara getmiş, 2015-ci ildə Amerika ilə nüvə razılaşması imzalamışdı. Bundan başqa, dünya mediasında yayılan xəbərlərə görə, İran rəsmiləri dəfələrlə Amerika nümayəndələri ilə Qətərdə gizli danışıqlarda iştirak ediblər.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar