SON XƏBƏRLƏR

Beynəlxalq ictimaiyyət edamlara görə İrana təzyiq göstərməlidir- İnsan Haqları Kampaniyası

2025.02.07, 17:36
Beynəlxalq ictimaiyyət edamlara görə İrana təzyiq göstərməlidir- İnsan Haqları Kampaniyası

İki siyasi məhbus Mənuçehr Fəllah və Şəhriyar Bayatın edam cəzasına məhkum edilməsi İslam Respublikasının siyasi müxaliflərə və etirazçılara qarşı qəddar ölüm hökmündən istifadə etməsinin artmasından və bu cəza növünün davam etməsindən xəbər verir.

Gunaz.tv

Bu, İran İnsan Haqları Kampaniyasının yaydığı bəyanatda deyilir.

"Beynəlxalq ictimaiyyət dərhal susqunluğu pozmalı, bu qəddar və özbaşına hökmlərə qarşı bir sıra təsirli tədbirlər görməlidir",- byanat müəllifləri bildiriblər.

İranın ölüm hökmündən insanları və müxalifləri susdurmaq üçün istifadə etdiyini deyən bəyanat müəllifləri, beynəlxalq təzyiqlərin əhəmiyyətli dərəcədə artmaması təqdirdə Tehran rejiminin repressiyalara davam edəcəyi barədə xəbərdarlıq ediblər.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar