SON XƏBƏRLƏR

Böyük Britaniya Ukrayna üçün iki dəniz dronu hazırlayır

2025.02.08, 12:47
Böyük Britaniya Ukrayna üçün iki dəniz dronu hazırlayır

Böyük Britaniya Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan pilotsuz hərbi dəniz sistemlərinin yaradılmasında iştirak edir.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Mariya İql məlumat yayıb.

O bildirib ki, hazırda "Wasp" və "Snapper" proqramları üzərində iş gedir.

Nazir qeyd edib ki, yeni sistemlər Ukraynanı dəstəkləmək üçün qısa zamanda yaradılıb və hazırda son sınaqdan keçirilir. Onlar haqqında daha ətraflı məlumat daha sonra təqdim olunacaq.

Böyük Britaniya Müdafiə Nazirliyi layihələrin detallarını açıqlamaqdan imtina edib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar