SON XƏBƏRLƏR

Ceyhun Bayramov Sloveniya XİN-in dövlət katibi ilə görüşüb

2025.02.10, 14:52
Ceyhun Bayramov Sloveniya XİN-in dövlət katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Xarici İşlər Nazirliyinin dövlət katibi Marko Ştutsin ilə görüşüb.

Gunaz.tv

Görüşdə Azərbaycan və Sloveniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Nazir Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində həmkarı Tanya Fayon ilə keçirilmiş görüşü xatırlayaraq, bu kimi təmasların ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsinə töhfə verməsi baxımından əhəmiyyətini və bu istiqamətdə dialoqun inkişafının vacibliyini qeyd edib.

Görüşdə iki ölkə arasında enerji təhlükəsizliyi, ticarət, biznes, nəqliyyat-kommunikasiyalar sahələri üzrə əməkdaşlığın mövcud perspektivlərindən istifadənin zəruriliyi, xüsusilə Azərbaycanın Orta Dəhlizdə tutduğu strateji mövqenin bu imkanlardan yararlanmağa təkan verdiyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar