SON XƏBƏRLƏR

Britaniya Trampdan rüsumların artırılmasına aydınlıq gətirməsini istədi

2025.02.11, 11:41
Britaniya Trampdan rüsumların artırılmasına aydınlıq gətirməsini istədi

Britaniya Vaşinqtondan ABŞ prezidenti Donald Trampın polad və alüminium idxalına yüksək rüsumlar tətbiq etmək niyyəti ilə bağlı açıqlamalarına aydınlıq gətirilməsini tələb edib.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın rəsmi mənbələrinə istinadən “Politico” qəzeti məlumat yayıb.

Rəsmilərdən biri deyib ki, Britaniya diplomatları bazar günü axşam saatlarında məsələ ilə bağlı dərhal ABŞ rəsmiləri ilə əlaqə saxlayıb. Bildirilir ki, Britaniya hökuməti indi gözlənilən tədbirlərlə bağlı "əlavə əsaslandırma" gözləyir və "müvafiq sahələrlə yaxından işləyəcək".

Daxili işlər naziri Angela Eagle Sky News-a bildirib ki, Böyük Britaniyanın "ABŞ ilə çox balanslı ticarət əlaqələri" var. Onun sözlərinə görə, ikitərəfli ticarətin həcmi təqribən 300 milyard funt sterlinq (təxminən 372 milyard dollar) təşkil edir: “Bu balanslaşdırılmış ticarəti davam etdirmək çoxdankı müttəfiqlər və qonşular kimi hər iki ölkənin maraqlarına uyğundur”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə polada tətbiq etdiyi tariflər üzərindəki bütün istisnaları ləğv edib. Bu gün onun imzaladığı sərəncama əsasən bütün polad idxalına azı 25 faiz rüsum tətbiq ediləcək. Tramp, həmçinin 2018-ci ildə alüminium idxalına tətbiq edilən 10 faizlik rüsumu 25 faizə qaldırıb. Hər iki rüsum martın 4-dən etibarən qüvvəyə minəcək. Donald Tramp deyib ki, xaricdə istehsal olunan məhsullara tətbiq edilən rüsumlar son nəticədə yerli istehsalı gücləndirəcək.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar