SON XƏBƏRLƏR

Rusiya XİN başçısının müavini ilə ABŞ-nin Moskvadakı səfiri arasında görüş olub

2025.02.11, 16:00
Rusiya XİN başçısının müavini ilə ABŞ-nin Moskvadakı səfiri arasında görüş olub

Moskvada Rusiya xarici işlər nazirinin (XİN) müavini Sergey Ryabkov ilə ABŞ-nin səfiri Linn Treysi ilə planlaşdırılmış görüş keçirib.

Gunaz.tv

GünazTV “Report”-a  istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

"Ryabkov ABŞ səfiri ilə planlaşdırılmış görüş keçirib", - o, jurnalistlərə bildirib.

M.Zaxarovanın sözlərinə görə, görüş xarici idarələrin fəaliyyətinə həsr olunub.

 

Qeyd edək ki, Treysi əvvəllər sosial şəbəkələrdəki videomüraciətində Vaşinqtonun fikir ayrılıqlarına baxmayaraq, Moskva ilə dialoqa hazır olduğunu bəyan edib.

Onun sözlərinə görə, ABŞ və Rusiya arasında diplomatik səylərə "böyük ehtiyac" var.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar