SON XƏBƏRLƏR

F-16 və F-35 döyüş təyyarələri Ukrayna sərhədinə yerləşdirildi

2025.02.12, 10:35
F-16 və F-35 döyüş təyyarələri Ukrayna sərhədinə yerləşdirildi

Rusiya ordusunun Ukraynaya hücumları NATO-nun hərəkətə keçməsinə səbəb olub.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, NATO-ya məxsus F-16 və F-35 döyüş təyyarələri Ukrayna sərhədinə yerləşdirilib. 

F-16 və F-35 döyüş təyyarələri Polşa və Baltikyanı ölkələrə göndərildikdən sonra Polşanın paytaxtı Varşavadakı Silahlı Qüvvələr Komandanlığı belə bir açıqlama verib: “Rusiya Federasiyasının Ukrayna ərazisinə hücumu səbəbindən Polşa və müttəfiq hava qüvvələri hava məkanımızda fəaliyyətə başlayıb. Silahlı Qüvvələr Əməliyyat Komandanlığı mövcud vəziyyəti izləyir və qüvvələr fövqəladə hallara cavab verməyə tam hazırdır”.

Döyüş təyyarələrinin yerləşdirilməsini idarə edən NATO komandiri bildirib ki, bütün mövcud qüvvələr və vasitələr yerləşdirilib, həmçinin təyin edilmiş döyüş təyyarələri havaya qalxıb: "Döyüş təyyarələrinin yerləşdirilməsi təhlükə altında olan ərazilərlə həmsərhəd ərazilərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır".

Polşanın Hərbi Radar Monitorinq Mərkəzi də "raket hücumu səbəbindən Polşa-Ukrayna sərhədi yaxınlığında NATO təyyarələrinin yüksək aktivlik göstərdiyini" bildirib. Qeyd edilib ki, NATO döyüş təyyarələri Ukraynanın 831-ci taktiki aviasiya briqadasının yerləşdiyi Poltava vilayətindəki Mirhorod aviabazasının hədəflərindən biri olub.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar