SON XƏBƏRLƏR

Pentaqon rəhbəri Amerika üçün əsas təhdidləri açıqlayıb

2025.02.12, 10:57
Pentaqon rəhbəri Amerika üçün əsas təhdidləri açıqlayıb

“Amerika üçün əsas təhlükələr qeyri-qanuni miqrantlar və Çindən gəlir”.

Gunaz.tv

GünazTV “Report”-a istinadən xəbər verir ki, bunu Amerikanın müdafiə naziri (Pentaqon rəhbəri) Pit Heqset Ştutqartda jurnalistlərlə söhbətində deyib.

“Hazırda başlıcası öz sərhədimizin təhlükəsizliyini təmin etməkdir. Bunu həll etmək üçün sürətlə çalışırıq. Prezident Donald Trampın dediyi kimi, əgər sərhədiniz yoxdursa, ölkəniz də yoxdur”, - o söyləyib.

Nazir vurğulayıb ki, Amerika başqalarının sərhədlərini qoruyub, lakin indi öz sərhədlərini müdafiə etməyin vaxtı çatıb:

“Xarici təhdidlərə gəlincə, heç bir şübhə yoxdur ki, Çinin ambisiyaları çox böyükdür və onların dünyaya baxışı bizimkindən çox fərqlidir. Kim qalib gəlirsə, XXI əsrin tonunu o təyin edəcək”.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar