SON XƏBƏRLƏR

Keçmiş SEPAH generalı: Biz kimyəvi və bioloji silahlar istehsal etmişik

2025.02.12, 15:11
Keçmiş SEPAH generalı: Biz kimyəvi və bioloji silahlar istehsal etmişik

"Biz kimyəvi və bioloji silahlar istehsal etmişik, ancaq Ayətullah Əli Xamenei nüvə silahını qadağan edirdi."

Gunaz.tv

Bu sözləri keçmiş SEPAH generalı Mohsen Rafiqdost deyib.

Möhsün Rafiqdost bəyan bildirib ki, İran iqtisadi və mədəni cəhətdən müstəqil deyil, ancaq, güllələrdən tutmuş raketlərin istehsalına qədər, müdafiə baxımından tamamilə müstəqildir.

O, kimyəvi, bioloji və nüvə silahları da daxil olmaqla müxtəlif silahlar istehsal etmək üçün qruplar yaradıldığını deyib. Rafiqdostun iddiasına görə Əli Xamenei nüvə silahının istehsalını qadağan etsə də, kimyəvi və bioloji silahların istehsalı həyata keçirilib.

Rafiqdost həmçinin vurğulayıb ki, Amerika və Avropaya qarşı Çin, Hindistan, Rusiya və İrandan ibarət müdafiə xətti yaradılmalıdır.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar