SON XƏBƏRLƏR

Danimarka kəşfiyyatı: 5 il ərzində Rusiya ilə Avropa arasında hərbi münaqişə baş verə bilər

2025.02.13, 12:22
Danimarka kəşfiyyatı: 5 il ərzində Rusiya ilə Avropa arasında hərbi münaqişə baş verə bilər

Danimarka kəşfiyyatı 5 il ərzində Rusiya ilə Avropa arasında potensial hərbi münaqişə barədə xəbərdarlıq edib.

Gunaz.tv

Danimarkanın Müdafiə Kəşfiyyat Xidməti (FE) xəbərdarlıq edib ki, Ukraynada müharibə bitərsə və ya dondurularsa və NATO sürətlə silahlana bilməzsə, Avropa beş il ərzində Rusiya ilə genişmiqyaslı müharibə ilə üzləşə bilər.

“Rusiya həm hərbi texnikanı modernləşdirmək imkanlarını təkmilləşdirməyə nail olub, həm də hərbi istehsalını əhəmiyyətli dərəcədə artırıb.”, - deyə kəşfiyyat hesabatında bildirilib.

FE hazırda Danimarkaya hərbi hücum təhlükəsinin olmadığını qiymətləndirir, lakin o, eyni zamanda Rusiyanın regionda ən böyük hərbi güc olduğunu və Rusiya prezidenti Vladimir Putinin bu mövqeyini itirməmək niyyətində olduğunu qeyd edib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar