SON XƏBƏRLƏR

İran iki Böyük Britaniya vətəndaşını həbs edib

2025.02.13, 15:03
İran iki Böyük Britaniya vətəndaşını həbs edib

İran hakimiyyəti təhlükəsizlik pozuntularında ittiham olunan iki Britaniya vətəndaşını həbs edib.

Gunaz.tv

Rəsmi xəbər agentliyi İRNA saxlanıəlan iki nəfərin kimlikləri və ya həbs səbəbləri ilə bağlı təfərrüatları açıqlamadan onların mərkəzi Kirman əyalətində saxlanıldığını bildirib.

Londondan məsələyə şərh verilməyib, lakin IRNA Britaniya səfiri Hugo Shorterin Kirman prokurorluğunda saxlanılan şəxslərlə görüşdüyünü bildirib.

Son illərdə Qərb dövlətləri ilə çoxsaylı məhbus mübadiləsi aparan İranda başqa bir neçə avropalı da həbsdədir.

Xatırladaq ki, 2023-cü ilin yanvarında İran Britaniya-İran ikili vətəndaşlığı olan Əlireza Əkbərini edam etməsi Böyük Britaniya da daxil olmaqla Qərb dövlətlərinin hiddətinə səbəb olmuşdu.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar