SON XƏBƏRLƏR

Çinin raket yanacağı İrana çatdı

2025.02.14, 11:26
Çinin raket yanacağı İrana çatdı

İslam Respublikası hələ də raket proqramını gücləndirir və Çindən bərk raket yanacağı istehsalı üçün lazım olan materialları daşıyan ilk gəmi İranın Bəndər Abbas limanına çatıb.

Gunaz.tv

Bu barədə CNN qərb mənbələrinə istinadən məlumat yayıb.

"Gəmi izləmə məlumatları göstərir ki, hər biri 1000 ton Çin istehsalı kimyəvi maddə daşıyan iki gəmidən birincisi fevralın 13-də Bəndər Abbas yaxınlığında dayanıb. Bu gəmilərin yükləri İslam Respublikasının hərbi raketləri üçün yanacaq istehsalında əsas rol oynaya bilər",- məlumatda bildirilib.

CNN-nin yazdığına görə, natrium perklorat yükünün idxalı İsrailin keçən il İranın əsas təsisatlarına ağır hücumlarından sonra Tehranın raket istehsalının normal vəziyyətə qayıtmasına məqsədi daşıyır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar