SON XƏBƏRLƏR

Almaniya Rusiyaya qarşı enerji sanksiyalarını gücləndirməyə çağırır

2025.02.14, 12:16
Almaniya Rusiyaya qarşı enerji sanksiyalarını gücləndirməyə çağırır

Almaniya Avropa İttifaqının Rusiyanın enerji sektoruna qarşı sanksiyalarının genişləndirilməsinin tərəfdarıdır.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyinin "Almaniya üçün Alternativ" partiyasının hökumətə ünvanladığı sorğusuna cavab olaraq göndərdiyi məlumatda deyilir.

"Enerji sektorunda idxal məhdudiyyətləri həlledici əhəmiyyət kəsb edir. Federal hökumət tərəfindən sanksiyaların birtərəfli qaydada ləğvi mümkün deyil. Həm sanksiyaların tətbiqi, həm də ləğvi yalnız Aİ-nin bütün üzv dövlətləri tərəfindən yekdilliklə qəbul edilə bilər", - İqtisadiyyat Nazirliyi bildirib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar