SON XƏBƏRLƏR

Ərdoğan 2 dəyişikliyin anonsunu verdi

2025.02.15, 12:00
Ərdoğan 2 dəyişikliyin anonsunu verdi

Hazırda kabinet dəyişikliyi məsələsi üzərində işləyirik.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Meydana necə komanda çıxaracağımızı məndən öyrənmək istəyirsiniz. Heç bir məşqçi komandasını oxumadan meydana çıxarmaz. Hazırda bunun üzərində işləyirik”, - prezident bildirib.

Ərdoğan mümkün Konstitusiya dəyişikliyindən də danışıb:

“Konstitusiya məsələsi gündəmdə birinci yerdədir. Bildiyiniz kimi, bu məsələ həmişə gündəmimizdədir. Türkiyənin yeni Konstitusiyaya ehtiyacı olduğunu unutmadan işimizi davam etdiririk”.

 

 

Ş,E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar