SON XƏBƏRLƏR

KİV: HƏMAS Qəzzanı təhvil verməyə hazırdır

2025.02.17, 14:14
KİV: HƏMAS Qəzzanı təhvil verməyə hazırdır

“HƏMAS” hərəkatı Qəzza zolağının Fələstin Milli Administrasiyasına təhvil verməyə hazır olduğunu bildirib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə mənbələrə istinadən “Skay Nyus Arabia” telekanalı məlumat yayıb.

Mənbə bildirib ki, HƏMAS bir şərt irəli sürüb:

“Şərtə əsasən Qəzza rəsmiləri yeni administrasiyada işlə təmin olunmalı, işdən çıxarılacaqları təqdirdə isə maaş almağa davam etməlidirlər”.

Qeyd olunur ki, HƏMAS bu qərarı öz nümayəndə heyətinin Qahirədə apardığı danışıqlardan sonra Misirin güclü təzyiqi altında qəbul edib.

Xatırladaq ki, daha əvvəl HƏMAS nümayəndələri atəşkəs sazişinin hər üç mərhələsinə riayət etmək niyyətində olduqlarını və gələcəkdə Qəzzanın idarə olunmasında iştirak etməyəcəklərini təsdiqləmişdilər.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar