SON XƏBƏRLƏR

Xəzər Boru Kəməri Konsorsiumunun stansiyası PUA hücumuna məruz qalıb

2025.02.17, 14:36
Xəzər Boru Kəməri Konsorsiumunun stansiyası PUA hücumuna məruz qalıb

Xəzər Boru Kəməri Konsorsiumunun Kropotkinskaya Neft Nasos Stansiyası pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Gunaz.tv

GünazTV APA-ya istinadən xəbər verir ki, bu barədə Xəzər Boru Kəməri Konsorsiumu məlumat yayıb.

Bildirilib ki, stansiya PUA hücumu nəticəsində istismardan çıxarılıb.

Qeyd olunub ki, stansiyaya hücum partlayıcı maddələrdən əlavə metal qəlpələri ilə doldurulmuş 7 PUA ilə həyata keçirilib. Stansiyanın işçiləri arasında itki olmayıb.

Qazaxıstanın Energetika Nazirliyindən bildirilib ki, Xəzər Boru kəməri Konsorsiumu tərəfindən Qazaxıstan nefti üçün heç bir məhdudiyyət yoxdur və neftin qəbulu ştat rejimində həyata keçirilir. Tələfat və neft sızması təhlükəsi yoxdur. CPC hadisə ilə bağlı bütün beynəlxalq səhmdarları, o cümlədən ABŞ və Avropa təmsilçilərini xəbərdar edib.

Xəzər Boru Kəməri Konsorsiumu Xəzər regionundan neftin dünya bazarlarına ixracını təmin edən ən böyük neft nəqli sistemidir. Marşrut Qərbi Qazaxıstanın yataqlarını Rusiyanın Qara dəniz sahilləri ilə birləşdirir. Kəmərin gücü ildə 60 milyon tondan artıq xam neftdir. Son təyinat Novorossiyskdəki CPC dəniz terminalıdır, burada neft ixrac üçün tankerlərə yüklənir.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar