SON XƏBƏRLƏR

Suriya və Qətər razılaşdı

2025.02.17, 14:39
Suriya və Qətər razılaşdı

Suriya Mülki Aviasiya İdarəsi ilə Qətər Mülki Aviasiya İdarəsi arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə memorandum imzalanıb.

Gunaz.tv

GünazTV Publika.az-a istinadən xəbər verir ki, bu barədə “SANA” məlumat yayıb.

Mülki Aviasiya İdarəsindən əldə edilən məlumata görə, tərəflər mülki aviasiya sektorunda əməkdaşlığı gücləndirmək qərarına gəliblər.

Anlaşma memorandumu mülki aviasiya xidmətləri, o cümlədən aeronaviqasiya xidmətləri və infrastruktur sahəsində əməkdaşlığın gücləndirilməsi, təlim və inkişaf sahələrində birgə işlərin həyata keçirilməsini əhatə edən əsas maddələrdən ibarətdir.

Qeyd edək ki, “Qatar Airways” Əsəd rejiminin süqutundan sonra yanvarın 7-də yenidən açılan Dəməşq Beynəlxalq Hava Limanına kommersiya uçuşları həyata keçirən ilk beynəlxalq aviaşirkət olub.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar