SON XƏBƏRLƏR

İranda 9 məhkum edam edilib

2025.02.17, 14:49
İranda 9 məhkum edam edilib

İranın İsfahan, Ramhormoz, Behbahan, Dezful, Ərak və Şiraz şəhərlərinin həbsxanalarında 9 məhbus edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məhbusların adam öldürmək və narkotik maddə cinayətlərində günahlandırıldıqları bildirilib.

Bununla yanaşı 4 məhbus barədə edam hökmü çıxarılıb, 3 məhkum isə edam qabağı hazırlıq üçün Kərəcin Qızılhisr həbsxanasının təkadamlıq kameralarına köçürülüb.

Qeyd edək ki, İran hökuməti 2024-cü ildə 1000-dən çox məhbusu edam edib və bu son 30 il ərzində həyata keçirilən ən yüksək edam sayıdır.

GünazTV 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar