SON XƏBƏRLƏR

Bərzani açıqladı – Türkiyə üzərindən ixrac olunacaq

2025.02.17, 15:22
Bərzani açıqladı – Türkiyə üzərindən ixrac olunacaq

İraq Kürd Muxtariyyətinin prezidenti Nəçirvan Bərzani Türkiyə üzərindən neft ixracının mart ayında başlaya biləcəyini açıqlayıb.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, o, yaxın günlərdə Ərbildə Türkiyə rəsmiləri ilə məsələni daha ətraflı müzakirə edəcəyini bildirib.

Bərzani bunun gündə təxminən 300 min barel ixracın bərpasına zəmin yaradacağını qeyd edib.

“Amma daxili istehlak üçün nə qədər vəsaitin ayrılacağını Bağdadla gələcək danışıqlar müəyyən edəcək. Artıq neftimizi ixrac etmək üçün hər şey hazırdır. Martın sonunda ixracın bərpa olunacağını gözləyirik”, - Bərzani söyləyib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar