SON XƏBƏRLƏR

Rusiya İranın nüvə proqramının inkişafına dəstək verəcək

2025.02.18, 12:46
Rusiya İranın nüvə proqramının inkişafına dəstək verəcək

Rusiya İranın nüvə proqramı ilə bağlı problemlərin həllində Tehranı dəstəkləməyə hazırdır.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz əminik ki, danışıqlar prosesinin bütün iştirakçıları siyasi iradə nümayiş etdirəcəyi təqdirdə, İranın nüvə proqramı məsələsi diplomatiya yolu ilə həll edilə bilər və həll edilməlidir. Moskva İranla yaxşı münasibətlərə böyük əhəmiyyət verir və onları hərtərəfli inkişaf etdirməyi, o cümlədən nüvə proqramı kimi mühüm məsələlərin həllinə kömək etməyə hazırdır", - Peskov qeyd edib.

Peskov iddia edib ki, Rusiya-Amerika danışıqlarının başlanmasının Rusiya ilə İran arasında əməkdaşlığa təsir göstərməyəcək.

Qeyd edək ki, İran Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı savaşda Rusiyanı hərbi olaraq dəstəkləməkdə və Rusiyanı Şahed dronları ilə təmin etməkdə günahlandırılsa da İran bunu inkar edir.

 

 

Ş.E

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar