SON XƏBƏRLƏR

Ər-Riyadda Rusiya-Amerika danışıqları davam edir

2025.02.18, 14:05
Ər-Riyadda Rusiya-Amerika danışıqları davam edir

Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində Rusiya və Amerika arasında əlaqələrin bərpası və Ukrayna məsələsinin həlli ilə bağlı danışıqlar artıq bir saatdır ki, davam edir.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Görüş mətbuatın iştirakı ilə başlayıb. Rusiya tərəfdən danışıqlarda xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov iştirak edir. Amerikadan isə Dövlət katibi Marko Rubio, Trampın təhlükəsizlik üzrə köməkçisi Robert Uolts və xüsusi nümayəndə Ceyson Uitkoff iştirak edirlər. Danışıqlar zamanı Rusiya tərəfi amerikalı həmkarlarını dinləyəcək, növbəti addımlar haqqında qərarları isə Putin və Tramp qəbul edəcəklər”,- məlumatda deyilir.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar