SON XƏBƏRLƏR

Avropa komissarı: Aİ Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək

2025.02.18, 14:10
Avropa komissarı: Aİ Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək

ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etsə belə, Avropa İttifaqı (Aİ) bu addımı atmaq niyyətində deyil.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bunu iqtisadi məsələlər üzrə Avropa komissarı Valdis Dombrovskis Brüsseldə bildirib.

Onun sözlərinə görə, Aİ öz sanksiya siyasətini həyata keçirəcək.

"ABŞ-nin yeni administrasiyasının siyasətini nəzərə alaraq, Aİ təhlükəsizliyi ilə bağlı məsələləri öz əlinə almalıdır, bu, sanksiya siyasətinə də aiddir. Bilirsiniz ki, hazırda 16-cı paket üzərində iş gedir", - o, atəşkəs müqabilində ABŞ-nin Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyi təqdirdə Aİ-nin bu addımı atıb-atmayacağı ilə bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar